“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Əsəd Qurbanzadə və Fərid İsayevlə görüşlər keçirib.
"Report" xəbər verir ki, görüşdə iqtisadiyyat naziri dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə yaradılmış "Yüksəliş" müsabiqəsinin ölkəmizdə kadr potensialının zənginləşdirilməsi istiqamətində mühüm rol oynadığını vurğulayıb. Mentorluq proqramı çərçivəsində Nazirliyin və özəl şirkətlərin nümayəndələri ilə təşkil edilən görüşlərin idarəçilikdə effektivliyin yüksəldilməsi, strateji yanaşma və digər istiqamətlərdə qaliblərin bilik və bacarıqlarının artırılmasına hədəfləndiyi qeyd edilib.
Gənclər keçirilən görüşlərdə ölkəmizdə sahibkarlığın inkişafı, rəqəmsallaşma, innovativ həllərin və texnologiyaların tətbiqi, vergi islahatları, sənaye zonalarında beynəlxalq və yerli tərəfdaşlarla əməkdaşlıq, işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın sürətli inkişafı məqsədilə görülmüş işlərlə bağlı ətraflı məlumat aldıqlarını bildiriblər. Mentorluq proqramının resursların səmərəli istifadəsi, strateji layihələrin icrası və tərəfdaşlarla əlaqələrin qurulması baxımından səmərəli təcrübə olduğu nəzərə çatdırılıb.
Görüşdə gənclərin fərdi və peşəkar inkişaf sahəsində əldə etdikləri nəticələr müzakirə edilib, bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verilib. Mentilərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Naxçıvanda sahibkarlar üçün xüsusi vergi güzəştləri paketi hazırlanıb - YENİLƏNİB
Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!













