Azərbaycanda su ehtiyatları ilə bağlı gələn il üçün planlar müzakirə olunub
Azərbaycanda yaz və yay aylarında havaların qeyri-sabit keçməsinə baxmayaraq, həyata keçirilən tədbirlər nəticəsində su anbarlarında kifayət qədər ehtiyat toplanılb və əhalinin içməli su ilə təchizatı, eləcə də əkin sahələrinin suvarılması sahəsində ciddi problemlər yoxdur.
“Far.Az” xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Zakir Quliyev onun rəhbərliyi ilə tabeli qurumlarla keçirilən videokonfrans zamanı deyib.
Konfransda 2024-cü ilin yekunları və gələn il üçün qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Tədbir zamanı tabeliyindəki təşkilatların rəhbərlərinin hesabatları dinlənilib.
Z.Quliyev, ilin başa çatmasına az qaldığını vurğulayaraq 2025-ci il üçün planlaşdırılmış tədbirlərin vaxtında icrasının vacibliyini bildirib.
İdarə Heyəti sədrinin müavinləri və şöbə müdirləri görülən işlər, mövcud problemlər və onların həlli yolları barədə məlumat veriblər. Növbəti il üçün qarşıda duran vəzifələr yerli istismar idarələri ilə birgə müzakirə edilib.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti müşavirə keçirilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Azərbaycanda bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda güclü zəlzələ olub
-
Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb
-
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
-
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18 %-dən çox artıb
-
Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır"
-
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib













