Tailandda təyyarə qəzası nəticəsində Çinin 5 vətəndaşı ölüb
Far.Az xəbər saytı

Tailandda təyyarə qəzası nəticəsində Çinin 5 vətəndaşı ölüb


Tailandın şərqindəki Çaçenqsau əyalətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində Çinin 5 vətəndaşı ölüb.

“Report” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi Çinin Tailanddakı səfirliyinə və yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Tailandın Mülki Aviasiya İdarəsindən verilən açıqlamada qeyd edilib ki, qəzadan əvvəl “Thai Flying Service” aviaşirkətinə məxsus olan “Cessna Caravan C208B” təyyarəsi Banqkokdakı Suvarnabhumi hava limanındakı hava hərəkətini idarəetmə mərkəzi ilə əlaqəni kəsib.

Təyyarə ölkənin cənub-şərqindəki Trat vilayətinə uçurdu. Təyyarədə Tailand və Çin vətəndaşları olmaqla 7 sərnişin və iki ekipaj üzvü olub.

“Khaosod” qəzetinin məlumatına görə, təyyarənin qalıqları axtarış-xilasetmə əməliyyatı zamanı manqrov meşəsində aşkar edilib.

Oxşar xəbərlər

AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
KİV: Rəisinin helikopterinin qəzaya uğraması bədbəxt hadisə hesab edilib
İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib
Çin və Filippin dəniz polisinin qayıqları toqquşub
"Air İndia"da bomba həyəcanı: 135 sərnişin təyyarədən düşürüldü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər