"Real" sabiq futbolçusunu heyətinə qatmaq istəyir
Far.Az xəbər saytı

"Real" sabiq futbolçusunu heyətinə qatmaq istəyir


İspaniyanın "Real" klubu İtaliya təmsilçisi "Latsio"da çıxış edən Mario Hilanı yenidən heyətinə qatmaq istəyir.

"Far.Az" xəbər verir ki, bu barədə "Lalaziosiamonoi" portalı məlumat yayıb.

"Kral klubu"nun rəhbərliyi 24 yaşlı ispan müdafiəçinin A Seriyasındakı çıxışına heyran qalıb. İtaliyanın "Milan" klubu da oyunçu ilə maraqlanır.

Qeyd edək ki, Mario Hila cari mövsüm Roma təmsilçisinin heyətində 19 oyun keçirib və 1 qol vurub. 2019-2022-ci illər aralığında "Real"ın əvəzedici kollektivində çıxış edən futbolçu 2022-ci ildə əsas komandanın heyətində 2 matça çıxıb.

Oxşar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - YENİLƏNİB-2
Qara Qarayev: "Neftçi"dən ayrılarkən Qriqorçuk məni qucaqlamaq istədi" - MÜSAHİBƏ
İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - YENİLƏNİB-2
"Milan" yeddi matçdan sonra ilk dəfə "İnter"i məğlub edib
Mario Balotelli İspaniyanın III Divizionunda çıxış edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər