Fariz İsmayılzadə: İnformasiya axınında düzgün yol seçməyi bacarmalısan
Müasir reallıqlar insandan təkcə bilik yox, həm də nəhəng informasiya axınında düzgün yol seçməyi tələb edir.
“Far.Az” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Far.Az Media Məktəbinin tələbələri ilə görüşdə bildirib.
“Günümüzdə hər bir məlumatı yadda saxlamaq ehtiyacı yoxdur. Bu gün insan bir ölkənin və ya bir kollektivin çərçivəsində yaşamır. Beynəlxalq komandalarla iş, fərqli mədəniyyətlərlə qarşılıqlı əlaqələr bizdən böyük bilik yığnağı deyil, düşüncə çevikliyi və təhlil bacarığı tələb edir”, - İsmayılzadə qeyd edib.
Deputat vurğulayıb ki, məlumatın axtarışı müəyyən bacarıq tələb edir.
“Əgər insan informasiyanı necə axtarmağı bilmirsə və ya tənqidi analiz etmək bacarığı yoxdursa, onun yeni şəraitə uyğunlaşması asan olmayacaq. Bu səbəbdən iş prosesində məlumatı aşkarlamaq, qiymətləndirmək və istifadə etmək bacarığını artırmalıyıq”, - deputat deyib.
Fariz İsmayılzadə 1978-ci ildə Lənkəranda anadan olub. 2000-ci ildə Qərb Universitetini politologiya ixtisası üzrə bakalavr, 2002-ci ildə Vaşinqton Universitetini sosial və iqtisadi inkişaf ixtisası üzrə magistr səviyyəsində bitirib. 2021-ci ildə Niderlandın Maastrixt Menecment Məktəbində fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Milli Məclisin VII çağırış deputatı, ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktorudur.
Foto : Vüqar Xanlarov
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
Sabunçuda kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur














