ABŞ-də 10 nəfərin həlak olduğu ərazidə partlayıcı qurğular aşkar edilib - YENİLƏNİB
Far.Az xəbər saytı

ABŞ-də 10 nəfərin həlak olduğu ərazidə partlayıcı qurğular aşkar edilib - YENİLƏNİB


ABŞ-nin Nyu-Orlean şəhərində insanların həlak olduğu ərazidə partlayıcı qurğu aşkar edilib.

“Far.Az” xəbər verir ki, bu barədə ABŞ Federal Təhlükəsizlik Bürosunun (FTB) nümayəndəsi “Fox News”a bildirib.

Qeyd olunub ki, avtomobili insanların üzərinə sürən şəxslə atışmada iki polis əməkdaşı yaralanıb.

16:23

ABŞ-nin Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ən azı 10 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.

“Far.Az” xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Bildirilir ki, sürücü daha sonra nəqliyyat vasitəsindən düşərək silahdan atəş açmağa başlayıb, hüquq-mühafizə orqanları da cavab atəşi açıb.

"İlkin məlumatlara görə, avtomobil, çox güman ki, bir qrup insana çırpılıb. Xəsarət alanlar barədə məlumat olmasa da, ölüm hallarının olduğu bildirilir", - yerli polis idarəsindən qeyd olunub.

Oxşar xəbərlər

ABŞ-də sürücü yük maşınını izdihamın üzərinə sürüb, 10 nəfər ölüb
FTB tarixində ilk dəfə şübhəli şəxsdən 150 partlayıcı qurğu götürüb
Almaniyada terror aktı nəticəsində dörd nəfər ölüb, yaralıların sayı 200-ü keçib - YENİLƏNİB-2
Çində avtomobili izdihamın üzərinə sürən sürücü ölüm cəzasına məhkum edilib
FTB Nyu-York merinin iki müavininin evində axtarış aparıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər