Kanada Baş nazirinin istefası yenidən müzakirə ediləcək
Kanadada Baş nazir Castin Trüdonun hakim Liberal Partiyasının sədrliyindən istefası məsələsi müzakirə ediləcək.
“Far.Az” CTV telekanalına istinadən xəbər verir ki, hakim partiyanın regional bölmələrinin sədrləri bu barədə fikir mübadiləsi aparacaqlar.
Qeyd olunub ki, məsələ bu gün video formatda müzakirə olunacaq. İclasın nəticələrinə əsasən ümumpartiya qurultayının çağırılması istisna edilmir.
Milad bayramı günlərində partiyanın ən azı beş regional təşkilatının nümayəndələri oktyabrda keçiriləcək parlament seçkilərində Liberalları başqa bir namizədin təmsil edə bilməsi üçün Baş naziri bu siyasi qüvvənin lideri postunu tərk etməyə çağırıblar.
Qeyd edək ki, dekabrın 16-da Baş nazirin müavini və maliyyə naziri Kristia Friland Trüdo onu başqa vəzifəyə keçirmək qərarına gəldiyi üçün istefa verdiyini açıqlayıb. Həmin gün Mənzil, İnfrastruktur və İcmalar naziri Şon Freyzer hökumətdən istefa verdiyini açıqlayıb.
Bu, Baş nazirin kabinetinə nəzarət edə bilmədiyi üçün onun dərhal istefasını tələb edən müxalifətin və bir sıra ictimai xadimlərin tənqidinə səbəb olub. Üstəlik, bir neçə liberal deputat Trüdonun Kanada Liberal Partiyasının rəhbəri vəzifəsindən getməsinin lehinə çıxış edib.
Həmin axşam siyasətçi postunu tərk etmək fikrində olmadığını açıqlayıb. Dekabrın sonunda Kanada Yeni Demokratik Partiyasının lideri, əvvəllər Trüdoya sadiq olan Caqmet Sinq də söz vermişdi ki, onun partiyası 2025-ci ildə hökumətin istefasına səs verəcək.
Oxşar xəbərlər
Trüdonun partiyasından olan 50-dən çox deputat onun istefasını istəyib
Trüdo hökumətdə dəyişikliklər edəcək
Kanada Baş nazirinin müavini istefa verib
Kanadada müxalifət lideri Trüdonu devirməkdə israrlıdır
Bu gün dünya katolikləri Milad bayramını qeyd edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
"Bloomberg": "Anthropic" səhmlərin yerləşdirilməsi hesabına 94 milyard dollardan çox vəsait cəlb edə bilər













