London Trampın andiçmə mərasimindən sonra Vaşinqtonu Kiyevə silah tədarükünə razı salmaq istəyir
Far.Az xəbər saytı

London Trampın andiçmə mərasimindən sonra Vaşinqtonu Kiyevə silah tədarükünə razı salmaq istəyir


Böyük Britaniyanın Baş naziri Kir Starmer Kiyevə hərbi yardımın davam etdirilməsinə razı salmaq üçün ABŞ-nin seçilmiş prezidenti Donald Trampla andiçmə mərasimindən sonrakı ilk həftələrdə Vaşinqtonda görüş keçirməyi planlaşdırır.

“Far.Az” xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti mənbələrə istinadən yazıb.

Nəşr qeyd edib ki, Starmerin Amerika paytaxtına səfəri yanvarın sonu və ya fevralın əvvəlinə planlaşdırılıb. Britaniya hökumətinin başçısı Ukrayna münaqişəsi ilə yanaşı, Amerika lideri ilə Çin Xalq Respublikası ilə münasibətləri də müzakirə etməyi nəzərdən keçirir.

“The Sunday Times” həmçinin qeyd edib ki, Britaniya Baş naziri Pekinə qarşı tariflərin tətbiqini dəstəkləmir, bununla belə Starmer ABŞ-nin seçilmiş prezidentinin Çinin həm Böyük Britaniya, həm də Birləşmiş Ştatlar üçün milli təhlükəsizlik problemi yaratdığı fikrini bölüşür.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
YAP və Çin Kommunist Partiyası əməkdaşlıq memorandumu imzalayıb
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər