Çində həkimlər yeni metapnevmovirus alovlanmasından narahatdırlar
Far.Az xəbər saytı

Çində həkimlər yeni metapnevmovirus alovlanmasından narahatdırlar


Çində xəstəxanaların dolmasına səbəb olan yeni insan metapnevmovirusunun (hMPV) alovlanması baş verib.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Nəşr bildirib ki, xəstəlik artıq yerli səhiyyə sisteminə əhəmiyyətli yük yaradıb. Patogen, ağciyərləri zədələyərək COVID-19 və qripə bənzər simptomlar yaradır.

“Hazırda Çin yüksək hazırlıq vəziyyətindədir, çünki ölkə boyunca qripə bənzər simptomlarla COVID-19-u xatırladan yeni virus haqqında məlumatlar daxil olur”, – məqalədə qeyd olunub.

“Daily Mail” qeyd edib ki, xəstəxanalara üşütmə, öskürək, boğazağrısı, həmçinin zəiflik və başgicəllənmə ilə xəstələr gətirilir. Eyni zamanda, Çində qrip A, mikoplazma pnevmoniyası və koronavirus kimi digər respirator viruslar da yayılır.

Bununla əlaqədar tibb mütəxəssisləri iqtidar və sakinləri yoluxma riskini azaltmaq üçün maska istifadəsi və müntəzəm əl dezinfeksiyası da daxil olmaqla şəxsi təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırırlar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Rusiyada mikoplazma pnevmoniyası xəstəliyi kəskin artıb
Səhiyyə Nazirliyi əhalini qrip əleyhinə vaksinasiyaya çağırıb
Meymunçiçəyi virusu nədir, necə yayılır, COVID kimi pandemiyaya səbəb ola bilərmi?
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər