Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər
Suriyanın yeni hakimiyyəti Qətərlə strateji tərəfdaşlıq haqqında razılığa gəliblər.
"Far.Az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani Qətər hökumətinin başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə danışıqların yekunu üzrə bildirib.
"Humanitar yardım və strateji tərəfdaşlığa görə Qətərə bir daha təşəkkür edirik. Qətər Suriya xalqının keçdiyi çətin dövrdə bizim tərəfdaşımız olub və Suriyanın gələcəyinin qurulmasında tərəfdaşımız olacaq", - o deyib.
Əl-Şibaninin sözlərinə görə, danışıqlar zamanı Suriya nümayəndə heyəti Qətərin baş naziri ilə bütün strateji məsələləri müzakirə edib, həmçinin yeni Suriya dövlətinin qurulması və onun xarici siyasəti üçün yol xəritəsini təqdim edib. Nazir qeyd edib ki, bu yol xəritəsində bütün suriyalıların maraqlarını təmsil edən hökumətin formalaşdırılması da var.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Azərbaycan XİN müavini Suriyada səfirliyin fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparıb
Suriyanın keçid hökumətinin xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub
Quterreş Əl Tani ilə Qəzzada atəşkəs üçün vasitəçilərin səylərini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İlon Mask USAID-i çoxsaylı insanın ölümündə ittiham edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













