Şəmkirdə şikayətlərə səbəb olan yol əsaslı təmir edilib
Far.Az xəbər saytı

Şəmkirdə şikayətlərə səbəb olan yol əsaslı təmir edilib


Şəmkir rayonunun Çinarlı qəsəbəsində yerləşən, həmçinin Aşağı Seyfəli və Yuxarı Seyfəli kəndlərinin rayon mərkəzi ilə əlaqəsini təmin edən Nizami Gəncəvi küçəsində avtomobil yolunun əsaslı təmiri işləri aparılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, görülən işlər zamanı yararsız yol örtüyü qazılaraq çıxarılıb, qum-çınqıl qatışığından və qırmadaşdan əsaslar hazırlanıb, standartlara uyğun olaraq iri və xırda dənəvərli asfalt örtüyü çəkilib.

Eyni zamanda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə asfalt örtüyü üzərində müvafiq xətlənmə işləri aparılıb.

Qeyd edək ki, qəsəbənin yolları uzun illər bərbad vəziyyətdə olub və sakinlərin haqlı narazılığına səbəb olub. Ərazidə yerləşən yolların təmir olunması sakinlər tərəfindən məmnunluqla qarşılanıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər