Rəhman Hümmətov: "Bakı metrosu üçün bu il yeni nəsil vaqonlar gətiriləcək"
Far.Az xəbər saytı

Rəhman Hümmətov: "Bakı metrosu üçün bu il yeni nəsil vaqonlar gətiriləcək"


Bu il Bakı metrosuna 20 yeni nəsil vaqonun gətirilməsi planlaşdırılır.

“Far.Az” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar ilə bağlı keçirilən brifinqdə bildirib.

Nazir müavini qeyd edib ki, son illərdə Bakıda 7 metro stansiya və 1 depo inşa edilərək istifadəyə verilib:

“Bakıya 150 yeni nəsil vaqon gətirilərək istismara verilib. Nəticədə metroda istifadə olunan vaqonların yarısı artıq yeni nəsil vaqonlardır. Dəmiryolu sahəsində də mühüm işlər görülüb. İnşa edilən və modernizasiya olunan dəmiryolu xətlərinin ümumi uzunluğu 1500 kilometri keçib”.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər