AYNA: Bu il özəl daşıyıcıların ölkəyə 100-dən artıq avtobus gətirməsi gözlənilir
Far.Az xəbər saytı

AYNA: Bu il özəl daşıyıcıların ölkəyə 100-dən artıq avtobus gətirməsi gözlənilir


Bu il Azərbaycandakı özəl daşıyıcıların ölkəyə 100-dən artıq avtobus gətirməsi gözlənilir.

"Far.Az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.

Bundan başqa, onun sözlərinə görə, ötən il 200 avtobus təmir edilərək xəttə qaytarılmış, həmçinin 165 ədəd elektrik avtobusu daşımalara cəlb edilib.

"Özəl daşıyıcılar 60 yeni avtobus gətirib və bunun bir hissəsi artıq istismara buraxılıb. 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib. Tam yeni avtobusların fəaliyyət göstərdiyi 2 yeni marşrut yaradılıb", - deyə AYNA sədri qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər