Xalid Teymur Əkrəm: Azərbaycan beynəlxalq nüfuzunu gücləndirir
Azərbaycanın inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) daxil olması ölkənin iqtisadi və diplomatik sahələrdə beynəlxalq nüfuzunun artmasını əks etdirir və digər dövlətlərlə konstruktiv qarşılıqlı əlaqələr qurmağa çalışdığını nümayiş etdirir.
Bu barədə “Report”a beynəlxalq münasibətlər üzrə pakistanlı analitik Xalid Teymur Əkrəm bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan bu gün xüsusilə neft ehtiyatları sayəsində sürətli iqtisadi artım üçün əhəmiyyətli potensiala malik regional fövqəldövlətdir: "Azərbaycan infrastrukturun, texnologiyaların inkişafına və ticarətin şaxələndirilməsinə investisiyaları D-8-in iştirakçı ölkələrin iqtisadi əməkdaşlığının gücləndirilməsinə və davamlı inkişafının təmin edilməsinə yönəlmiş məqsədlərinə tam uyğun gələn möhkəm təməl yaradıb".
X.Əkrəm vurğulayıb ki, Azərbaycan Avropa və Asiyanın qovşağında strateji mövqeyi, həmçinin güclü enerji sektoru ilə dəstəklənən dinamik inkişaf edən qeyri-neft iqtisadiyyatı sayəsində qlobal səviyyədə iqtisadi əməkdaşlıq üçün ideal katalizator rolunu oynayır.
"Azərbaycan bu gün sadəcə regional oyunçu deyil, həm də beynəlxalq arenada iqtisadi və siyasi diskursa təsir göstərə bilən yeni qlobal aktordur. Onun D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına qoşulması ölkədə baş verən dərin transformasiyaları əks etdirir və inkişafa strateji yanaşmasından xəbər verir.
Bu addım tərəfdaşlıq üçün yeni üfüqlər açır, Azərbaycanın qlobal liderlik mövqelərini möhkəmləndirir və onun daha qarşılıqlı əlaqəli və inkişaf edən dünyaya sərmayə qoymaq istəyini təsdiqləyir", - o bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Qarakənd faciəsindən 35 il ötür













