Tokayev: "Qazaxıstan TBNM və “Şimal-Cənub” nəqliyyat dəhlizini inkişaf etdirmək niyyətindədir"
Qazaxıstan kommunikasiya imkanlarının daha da genişləndirilməsi məqsədilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (TBNM) və “Şimal-Cənub” nəqliyyat dəhlizini inkişaf etdirmək, həmçinin "Bir kəmər, bir yol" təşəbbüsündə əsas rol oynamaq niyyətindədir.
“Report” “Akorda”ya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Əbu-Dabi Dayanıqlı İnkişaf Həftəsi" sammitindəki çıxışında bildirib.
"Biz təkcə regional əlaqələri gücləndirməyən, həm də dayanıqlı iqtisadi artımı təmin edən davamlı təchizat zəncirlərinin yaradılmasına yönəlmişik", - o qeyd edib.
K.Tokayev, həmçinin qeyd edib ki, Mərkəzi Asiya regionunun əsas çağırışlarından biri qlobal istiləşmədir. Sürətlənən istiləşmə ekosistemlərə, yaşayış şəraitinə və ərzaq təhlükəsizliyinə təhdid yarada bilər ki, bu da təcili iqlim adaptasiya strategiyaları tələb edir. O bildirib ki, region transsərhəd çaylarından da çox asılıdır.
"Buna görə də erkən xəbərdarlıq sistemlərinin yaradılması, su və torpaq resurslarının idarə edilməsinin təkmilləşdirilməsi son dərəcə vacibdir. Bunun üçün biz suya qənaət texnologiyalarına investisiya yatırmalı, suvarma sistemlərini modernləşdirməli, həmçinin süni intellekt, peyk monitorinqi və digər rəqəmsal alətlərdən istifadə etməliyik", - Prezident vurğulayıb.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Yalçın Rəfiyev: "Adaptasiya iqlim gündəmində əlavə seçim deyil, təcili zərurətdir"
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
Nasdaq indeksi 5,28 % geriləyib, şirkətlərin bazar dəyəri 4 trilyon dollar azalıb
-
Peruda güclü zəlzələ olub
-
Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb
-
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
-
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18 %-dən çox artıb













