Rəsmi London: Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq
Böyük Britaniyanın xarici işlər nazirinin müavini Stiven Doutinin nümayəndələri “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin uğradığı qəzanın araşdırılmasında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə təmasdadırlar.
“Far.Az” xəbər verir ki, bu barədə Xarici İşlər, Birlik və İnkişaf Nazirliyində Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Douti parlamentin Mühafizəkar Partiyasının üzvü Vendi Mortonun AZAL-a məxsus təyyarənin dekabrın 25-də qəzaya uğraması ilə bağlı Britaniya hökumətinə ünvanladığı suala bildirib.
“Düşüncələrimiz bu hadisədən təsirlənən hər kəs, o cümlədən həlak olanların ailə üzvləri və dostları ilədir”, – o qeyd edib.
Diplomatın sözlərinə görə, London “Braziliya, Azərbaycan və Qazaxıstanı faciənin hərtərəfli və müstəqil təhqiqatını təmin etmək işində dəstəkləyir”.
“Mənim rəsmilərim Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasda qalırlar”, – o vurğulayıb.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər ölüb, 29 nəfər isə yaralanıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş vermiş fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Qarakənd faciəsindən 35 il ötür













