Bolqarıstanda nazir müavini yük qatarlarının toqquşması ilə əlaqədar işdən çıxarılıb
Far.Az xəbər saytı

Bolqarıstanda nazir müavini yük qatarlarının toqquşması ilə əlaqədar işdən çıxarılıb


Bolqarıstanın texniki hökumətinin Baş naziri Dimitar Qlavçev dəmir yolu qəzasından sonra nəqliyyat və kommunikasiyalar nazirinin müavini Biser Minçevi vəzifəsindən azad edib.

“Far.Az” xəbər verir ki, bu barədə hökumətin Mətbuat xidməti məlumat yayıb.

“Nazirlikdə dəmir yolu nəqliyyatına cavabdeh olan Minçev iki yük qatarının toqquşması ilə nəticələnən faciəvi hadisə ilə əlaqədar nəqliyyat və rabitə naziri Krasimir Stoyanovun təklifi ilə tutduğu vəzifədən azad edilib”, - məlumatda bildirilir.

Qeyd olunur ki, “Dəmiryol İnfrastrukturu” milli şirkətində də istefalar gözlənilir.

Bundan əvvəl Sofiya şəhəri ətrafında, Kremikovtsi dəmir yolu stansiyası yaxınlığında iki yük qatarının toqquşması barədə məlumat yayılıb. Sofiyanın polis rəisi Lyubomir Nikolovun sözlərinə görə, qəza nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
RİNN-nin fəaliyyət istiqamətləri genişləndirilib, vəzifələri artırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər