NATO 2025-ci ildə 107 təlim keçirməyi planlaşdırır
Far.Az xəbər saytı

NATO 2025-ci ildə 107 təlim keçirməyi planlaşdırır


Şimali Atlantika Müqaviləsi Təşkilatı 2025-ci ildə 107 hərbi təlim keçirmək niyyətindədir.

“Far.Az” xəbər verir ki, bunu müttəfiqlərin Avropadakı Ali Baş Komandanı Kristofer Kavoli NATO Hərbi Komitəsinin Baş Qərargah Rəisləri iclasının yekunlarına dair mətbuat konfransında deyib.

“NATO 2025-ci ildə alyansın döyüş hazırlığını artırmaq üçün 107 hərbi təlim keçirəcək”, - deyə o qeyd edib.

NATO Müttəfiq Qüvvələrinin Transformasiya üzrə Ali Baş Komandanı Pyer Vandye isə bildirib ki, təşkilatın Baltikyanı ölkələrin kritik enerji infrastrukturunu qorumaq üçün yeni missiyası iki həftədən az müddətdə fəaliyyətə başlayacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
NATO-nun Baş Qərargah rəisləri Praqada görüşəcək
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
NATO Baltikyanı ölkələrin sualtı infrastrukturunu qorumaq üçün 10 gəmi göndərəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər