Britaniya parlamentində Qara Yanvar ilə bağlı təşəbbüs irəli sürülüb
Far.Az xəbər saytı

Britaniya parlamentində Qara Yanvar ilə bağlı təşəbbüs irəli sürülüb


Böyük Britaniya parlamentində qanunverici sənəd statusunda olan 644 nömrəli erkən gündəlik təklifi (Early Day Motion) təqdim edilib.

“Far.Az” xəbər verir ki, bu təklif deputat Bob Bləkmen tərəfindən irəli sürülüb və 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıdakı qırğınının 35-ci ildönümünün xatırlanmasını hədəfləyir.

Təklifdə vurğulanıb ki, Bakıya hərbi müdaxilə Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatına cavab olaraq həyata keçirilib və nəticədə təxminən 150 dinc sakin həlak olub. Bu qanunverici sənəd Böyük Britaniya Parlamentinin üzvlərini həmin faciəvi günün qurbanlarının xatirəsini anmağa və bu tarixi hadisələri yadda saxlamağa çağırır.

Deputat Bob Bləkmen təklifin mətnində hadisələrin əhəmiyyətini vurğulayaraq, xalqların azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin yaddaşlarda qalmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, erkən gündəlik təkliflər Böyük Britaniya Parlamentində müəyyən məsələlərə diqqət çəkmək və müzakirələrə başlamaq məqsədilə təqdim edilən rəsmi qanunverici sənədlərdən biridir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər