Fransanın Reyunyon adasında törətdiyi cinayətləri əks etdirən qısa sənədli film nümayiş olunub
Far.Az xəbər saytı

Fransanın Reyunyon adasında törətdiyi cinayətləri əks etdirən qısa sənədli film nümayiş olunub


Bakıda Fransanın müstəmləkəsi olan Reyunyonda törətdiyi cinayətləri faktlar və şahidlərin ifadələri ilə əks etdirən qısa sənədli film nümayiş olunub.

"Far.Az" xəbər verir ki, film Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda nümayiş etdirilib.

Bildirilib ki, xüsusilə "yerli Hitler" adı almış Fransanın keçmiş baş naziri Mişel Döbre tərəfindən Reyunyon kimi müstəmləkələrdə dəhşətli cinayətlər törədilib.

Qeyd olunub ki, 1960-cı ildən sonra Reyunyon Fransanın müstəmləkəçiliyinə keçdikdən sonra Fransa adada afrikaəsilli qadınları aborta məcbur edib. Həmin dövrdə müstəmləkəçi dövlətin həkimləri yalan danışır, qadınlara başqa əməliyyatlar icra etdiklərini deyərək onların bətnindəki körpələri öldürüblər.

Filmdə şahidlər vurğulayıb ki, Reyunyonda ailələrindən qoparılan uşaqlar heç vaxt evlərinə qaytarılmayıblar. Onlar Fransa hökuməti tərəfindən fermalarda, müxtəlif sahələrdə işlədiliblər. Reyunyonlu uşaqların öz kökləri, ailələri ilə əlaqələri də tamamilə kəsilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr edilmiş tədbir keçirilir
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər