Bakıda 2025-ci ilin Beynəlxalq Sülh və Etimad İli elan edilməsi münasibətilə konfrans keçirilib
Türkmənistanın Azərbaycandakı səfirliyində 2025-ci ilin Beynəlxalq Sülh və Etimad İli elan edilməsinə həsr olunmuş konfrans keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının elm xadimləri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, Türkmənistan vətəndaşları, həmçinin Azərbaycanda təhsil alan türkmənistanlı tələbələr iştirak ediblər.
İştirakçılar Türkmənistanın daimi bitərəfliyinin tarixi və əhəmiyyəti barədə danışıblar. Səfir Qurbanmammet Elyasov çıxışında Türkmənistanın təklif etdiyi bir neçə konkret tədbir və onların həyata keçirilməsi üçün Beynəlxalq Sülh və Etimad İli çərçivəsində Türkmənistanın fəaliyyət və prioritetlər Konsepsiyası barədə məlumat verib.
Tədbir iştirakçılarına həmçinin 2025-ci ilin dekabrında Aşqabad şəhərində Beynəlxalq Bitərəflik Gününə və Türkmənistanın Daimi Bitərəfliyinin 30 illik yubileyinə həsr olunmuş böyük beynəlxalq forumun keçirilməsinə hazırlıq barədə məlumat verilib. Tədbirin sonunda iştirakçılar Türkmənistan xalqının Milli Liderinə, Xalq Məsləhətinin (parlament) sədrinə, həmçinin Türkmənistan Prezidentinə təşəkkürlərini bildiriblər.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Qarakənd faciəsindən 35 il ötür
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb













