TƏBİB İsmayıllıda baş verən körpə ölümünün ilkin səbəbini açıqlayıb
Far.Az xəbər saytı

TƏBİB İsmayıllıda baş verən körpə ölümünün ilkin səbəbini açıqlayıb


İsmayıllıda körpənin doğuşdan bir gün sonra ölməsinin səbəbi məlum olub.

TƏBİB-dən “Far.Az”un sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 23-də rayon sakini 1996-cı il təvəllüdlü qadın hamiləliyin 39-cu həftəsində doğum sancıları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Doğum və Ginekologiya şöbəsinə müraciət edib.

Qeyd olunub ki, doğuş zamanı çəkisi 4000 qram, boyu 52 sm olan oğlan uşağı dünyaya gəlib.

Məlumata görə, doğuş zamanı və doğuşdan sonra körpənin səhhətində hər hansı problem qeydə alınmayıb:

“Lakin bir gün sonra yenidoğulmuşda gözlənilmədən klinik vəziyyətin ağırlaşması baş verib. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb”.

Oxşar xəbərlər

Azərbaycanda qan banklarının siyahısı yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
TƏBİB Zaqatalada körpə ölümünün ilkin səbəblərini açıqlayıb
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər