"Azərbaycan əsas namizədlərdən biridir" - "Politico" Qəzza probleminin həllindən nə yazdı?
Far.Az xəbər saytı

"Azərbaycan əsas namizədlərdən biridir" - "Politico" Qəzza probleminin həllindən nə yazdı?


Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, "Euronews" telekanalı Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü ilə bağlı reportaj hazırlayıb. "Regional birlikdən qlobal təsirə: Azərbaycan türk xalqlarının rolunu müəyyənləşdirir" adlı materialda vurğulanır ki, daxili siyasi və iqtisadi sabitlik, mühüm geostrateji məkan, əlverişli demoqrafik vəziyyət, gənc əhali, geniş nəqliyyat, logistik imkanlar, təbii ehtiyatlar, artan hərbi və hərbi-texniki potensial Türk Dövlətləri Təşkilatını dünya arenasının mühüm oyunçusuna çevirir.

"Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, eləcə də müşahidəçi qismində Türkmənistan və Macarıstan liderlərini bir araya gətirib. TDT uzun müddətdir ki, türkdilli xalqlar arasında əməkdaşlığı inkişaf etdirmək üçün ilkin mandatını aşaraq genişləndirib", - deyə süjetdə bildirilib.

Azərbaycan Qəzza zolağına sabitləşdirici qüvvə göndərmək üçün əsas namizədlərdən biridir. Bu barədə "Politico" nəşri ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən xəbər təqdim edib. Xəbərə görə, ölkəmizlə yanaşı, İndoneziya və Pakistan da Qəzza zolağına öz sülhməramlılarını göndərmək üçün başlıca iddiaçılar sayılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qəbələdə TDT Dövlət Başçıları Şurasının Zirvə Görüşü keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Euronews" İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışından reportaj hazırlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər