Azərbaycan səfiri Niderland kralına etimadnaməsini təqdim edib
Far.Az xəbər saytı

Azərbaycan səfiri Niderland kralına etimadnaməsini təqdim edib


Azərbaycanın Amsterdamdakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini Niderlandın kralı Villem-Aleksanderə təqdim edib.

“Report” xəbər verir ki, bu barədə diplomat “X”dəki səhifəsində məlumat yayıb.

“Mən Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandera etimadnaməmi təqdim etmək şərəfinə nail oldum”,- deyə səfir M.Əhmədzadə yazıb.

O, həmçinin monarxla Azərbaycan və Niderland arasında münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini, regional inkişaf məsələlərini müzakirə etdiyini vurğulayıb.

Xatırladaq ki, M.Əhmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin 20 dekabr 2024-cü il tarixli sərəncamı ilə Amsterdama səfir təyin edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər