Filadelfiyada təyyarə qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb
ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində təyyarə qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
“Far.Az” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, ölənlər arasında təyyarədə olan altı və yerdə olan bir nəfər var. Həlak olanlar Meksika vətəndaşlarıdır.
Daha 19 nəfərin yaralandığı bildirilir.
Qeyd edək ki, Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, “Learjet 55” yanvarın 31-də yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə fevralın 1-i 03:30-da) Filadelfiyanın şimal-şərqindəki hava limanından qalxdıqdan sonra qəzaya uğrayıb.
Təyyarə Filadelfiyanın şimal-şərqindəki hava limanından qalxdıqdan 30 saniyə sonra 1600 fut (487 metr) yüksəklikdə radarlardan itib. CBS telekanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verib ki, təyyarə yaşayış binalarına çırpılıb.
Məlumata görə, hadisədən sonra Kottman prospekti və Ruzvelt bulvarı ərazisində bir neçə ev yanıb.
Oxşar xəbərlər
ABŞ-də təyyarə qəzasının səbəbləri ilə bağlı ilkin versiya açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
FAA Reyqan Hava Limanı yaxınlığında helikopterlərin uçuşunu məhdudlaşdırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib













