Alimlər melanomanın müalicəsi üçün gümüş plastr yaradıblar
Far.Az xəbər saytı

Alimlər melanomanın müalicəsi üçün gümüş plastr yaradıblar


Bolqarıstanda Tibbi universitetinin alimləri melanomanın müalicəsinə yeni yanaşma təklif ediblər. Bu, qabaqcıl terapiya gümüş nanohissəciklərin (AgNPs) və antimikrobiyal agent xlorheksidin istifadəsinə əsaslanır.

“Far.Az” xəbər verir ki, melanoma sürətlə inkişaf edən və çox vaxt ölümcül olan dəri xərçənginin ən aqressiv növüdür.

Gümüş nanohissəciklərin effektivliyi formasından və yükündən asılıdır. Belə ki, sferik və mənfi yüklü hissəciklər daha az zəhərlidir, lakin xərçənglə mübarizədə təsirli deyil.

Onların xərçəngə qarşı fəaliyyətini artırmaq məqsədilə, alimlər təbii reduksiya agenti kimi yaşıl çay yarpaqlarından (Camellia sinensis) istifadə edərək AgNP-lərin sintezi üçün bir üsul işləyib hazırlayıblar. Effektivliyi artırmaq üçün hissəciklər əlavə olaraq geniş spektrli antimikrobiyal agent olan xlorheksidinlə birləşdirilib.

Alınan AgNP-Cx+ kompleksləri təsirli nəticələr göstərib: onların anti-melanoma aktivliyi 18 dəfə, şiş hüceyrələri üçün seçiciliyi isə daha yüksək, adi gümüş nanohissəciklərdən isə üç dəfə yaxşı olub.

Tədqiqatın əsas nailiyyətlərindən biri AgNP-Cx+ kompleksini birbaşa dərinin təsirlənmiş nahiyələrinə çatdıra bilən prototip yapışan plastrın yaradılması olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
The Independent: Azərbaycan çayı COP29-da mədəniyyət rəmzi və iqlim dəyişikliyi çağırışı kimi
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər