Fidan: Qəzzada atəşkəs daimi olmalıdır
Far.Az xəbər saytı

Fidan: Qəzzada atəşkəs daimi olmalıdır


Qəzza zolağında atəşkəs daimi olmalı və humanitar yardımlar fasiləsiz bölgəyə çatdırılmalıdır.

“Far.Az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

"Bizim prioritetimiz Qəzzada daimi atəşkəs və bölgəyə humanitar yardımların fasiləsiz çatdırılmasını təmin etməkdir. Bu istiqamətdə atılması lazım olan addımlarla çətinliklərin yarandığını görürük. İsrail dağıdıcı mövqeyindən əl çəkməlidir. Ankara Qəzzaya humanitar yardımın çatdırılması üçün Misir də daxil olmaqla region ölkələri ilə koordinasiyalı hərəkət edir", - o söyləyib.

Fidan həmçinin bildirib ki, Türkiyə Fələstin xalqının öz torpaqlarından qovulmasının qəti əleyhinədir.

Türkiyənin xarici işlər naziri, həmçinin Fələstin probleminin iki dövlət prinsipi əsasında həll olunacağına ümid etdiyini bildirib.

"Əks halda münaqişələrin yenidən alovlanması regionda qeyri-sabitliyə gətirib çıxaracaq", - Fidan qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Quterreş Əl Tani ilə Qəzzada atəşkəs üçün vasitəçilərin səylərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər