Türkiyə XİN rəhbəri: Suriya üçün prioritet enerji təchizatının bərpasıdır
Far.Az xəbər saytı

Türkiyə XİN rəhbəri: Suriya üçün prioritet enerji təchizatının bərpasıdır


Suriyanın yeni hakimiyyət orqanları üçün prioritet enerji sektorunun və hava nəqliyyatının bərpasıdır.

"Far.Az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə keçirdiyi mətbuat konfransında deyib.

"Mümkün qədər tez bir zamanda ciddi addımlar atmaq lazımdır. Suriya ilə bağlı tətbiq edilən beynəlxalq sanksiyaların aradan qaldırılması da vacibdir. Bundan əlavə, Suriyanın bütün ərazisində təhlükəsizliyin təmin edilməsi və ölkədə fəaliyyət göstərən bütün silahlı qrupların Milli Ordunun komandanlığı altında birləşməsi vacibdir, - Fidan bildirib.

Türkiyə xarici işlər naziri, həmçinin terrorla mübarizəni vacib proses adlandırıb.

"Biz bu prosesi yaxından izləyirik. Suriyada terrorun davam etməsinə dözmək niyyətində deyilik", - Fidan qonşu ölkənin şimalında fəaliyyət göstərən PKK qüvvələrinə işarə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Türkiyəni regional savaşa qatmaq cəhdi – 93 ildir əməl olunan Atatürk vəsiyyəti - ANALİZ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Suriya: Gərginliklərin mərkəzi və beynəlxalq güc mübarizəsi - ANALİZ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər