Bu gün məktəblərdə qış tətili başa çatır
Far.Az xəbər saytı

Bu gün məktəblərdə qış tətili başa çatır


Beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili bu gün başa çatır.

"Far.Az" xəbər verir ki, bu, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilib.

Qış tətili 27-31 yanvar tarixlərini əhatə edib və ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub.

Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili yanvarın 27-dən başlayıb.

Qeyd edək ki, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 1 fevral 2025-ci il tarixi tətildən sonra ilk iş günü idi.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Məktəblərdə qış tətili başlayıb
Yanvarın 27-dən ümumi təhsil müəssisələrində beşgünlük qış tətili başlayacaq
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər