İsrail ordusu yanvar ayında İordan çayının qərb sahilində 55 silahlı radikalı məhv edib
Far.Az xəbər saytı

İsrail ordusu yanvar ayında İordan çayının qərb sahilində 55 silahlı radikalı məhv edib


İsrail təhlükəsizlik qüvvələri 2025-ci ilin yanvarında İordan çayının qərb sahilində 55 silahlı fələstinlini öldürüb və 380 şübhəlini saxlayıb.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

“Hazırda [İordan çayının qərb sahilində] üç ərazidə - Cenin, Tulkərm və şimal Samariyada antiterror əməliyyatı davam edir”, – məlumatda bildirilib.

İdarənin məlumatına görə, son günlər qoşunlar çoxsaylı silah-sursat, o cümlədən tüfəng, tapança və müxtəlif partlayıcı maddələr aşkar ediblər.

IDF qeyd edib ki, İsrail təhlükəsizlik qüvvələri İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etməklə yanaşı, bütün “Yudeya və Samariya” boyu antiterror əməliyyatlarını davam etdirəcək.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər