KİV: İsrail girovların adlarının verilməsinin gecikdirilməsinə ciddi yanaşır
Far.Az xəbər saytı

KİV: İsrail girovların adlarının verilməsinin gecikdirilməsinə ciddi yanaşır


İsrail hökuməti Qəzzada atəşkəs razılaşmasının pozulması ilə bağlı istənilən halı ciddi qəbul edir.

“Report” xəbər verir ki, bu barədə “Kan” dövlət teleradio şirkəti mənbəyə istinadən məlumat yayıb.

Bu bəyanat HƏMAS-ın şənbə günü azad edilməli olan girovların adlarını verməsini gecikdirdiyi vaxtda verilib.

İsrail ordusunun mətbuat xidməti də eyni vaxtda qoşunların Qəzza zolağına yerləşdirildiyini və özlərini müdafiə etməyə hazır olduqlarını bildirən bəyanat yayıb.

“Girovların qaytarılması ilə bağlı razılaşmanın icrası çərçivəsində Cənub Komandanlığının 162, 143 və 99-cu diviziyalarının qoşunları Qəzza zolağında bir neçə məntəqəyə yerləşdirilib. Hazırlıq çərçivəsində Cənub Komandanlığının komandirləri növbəti mərhələdə girovların geri qaytarılmasına dair bir sıra görüşlər keçiriblər”, - qurumdan bildirilib.

Xatırladaq ki, Qəzza zolağında atəşkəs yanvarın 19-dan qüvvəyə minib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər