Ukrayna və Aİ humanitar yardım sahəsində əməkdaşlığı gücləndirir
Ukrayna və Avropa İttifaqı (Aİ) humanitar yardım göstərmək üçün birgə səyləri gücləndirmək niyyətindədir.
Bu barədə “Report” “RBC-Ukraina”ya istinadən xəbər verir.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin sədr müavini Volodimir Demçuk Avropa İttifaqının yüksək vəzifəli şəxslərinin Brüsseldə keçirilən beşinci iclasında iştirak edib. Toplantıda humanitar yardımın Ukraynanın bərpası missiyası ilə birləşdirilməsi, 2025-ci il üçün humanitar ehtiyacların maliyyələşdirilməsi və Aİ-nin dəstəyinin əlaqələndirilməsi məsələləri müzakirə olunub.
Həmçinin Avropa İttifaqının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları Baş Direktorluğunun (DG ECHO - red.) baş direktoru ilə ayrıca görüşdə, xüsusən mülki təhlükəsizliyin təminatı sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə edilib.
Xatırladaq ki, ötən ay Aİ Ukraynaya və Moldovadakı layihələrə 148 milyon avro ayırıb və Aİ-nin humanitar yardımının ümumi məbləği 1,1 milyard avroya çatıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













