Ekvadorda prezident və parlament seçkiləri keçirilir
Far.Az xəbər saytı

Ekvadorda prezident və parlament seçkiləri keçirilir


Ekvadorda prezident və parlament seçkiləri keçirilir.

“Far.Az” xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 16:00) başlayıb. Seçki məntəqələri 10 saat açıq olacaq.

Yüksək hökumət postu uğrunda 16 namizəd, o cümlədən 2023-cü ilin oktyabrında erkən səsvermədə seçilmiş hazırkı prezident Daniel Noboa mübarizə aparır. Onun əsas rəqibi solçu Vətəndaş İnqilabı hərəkatının namizədi, prezident Rafael Korreanın hökumətində müxtəlif vəzifələrdə çalışmış (2007-2017) Luisa Qonzalesdir.

"Ipsos" sosioloji şirkətinin dərc etdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, seçicilərin 45,5 %-i Noboaya, 31,3 %-i isə Qonzalesə səs verməyə hazırdır. Qələbə qazanmaq üçün mütləq səs çoxluğu və ya ən azı 40 % səs lazımdır. Amma namizədlər arasında ən azı 10 % səs fərqi olmalıdır.

Fevralın 9-da namizədlərdən heç biri lazımi səsi yığa bilməsə, aprelin 13-də ölkədə seçkilərin ikinci turu keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ekvadorda prezident və parlament seçkiləri keçiriləcək
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər