Azərbaycan səfiri Həştərxan qubernatoru ilə ikitərəfli əməkdaşlığın intensivləşdirilməsini müzakirə edib
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev ilə Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin arasında görüş keçirilib.
“Far.Az”un Rusiya bürosunun məlumatına görə, görüş zamanı ikitərəfli ticarət-iqtisadi və sənaye əlaqələrinin daha da möhkəmləndirilməsi perspektivlərini, o cümlədən mədəniyyət, təhsil və gənclər siyasəti sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Səfir Rəhman Mustafayev Həştərxan vilayətinin Azərbaycana hədiyyəsi olaraq işğaldan azad edilmiş Qubadlı rayonunda uşaq bağçasının tikintisi təşəbbüsünə görə qubernatora təşəkkürünü bildirib.
Görüşdə uşaq bağçasının tikintisinin 2025-ci ilin may-iyun aylarında başa çatdırılmasının nəzərdə tutulduğu vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin arasında 2024-cü il dekabrın 10-da Bakıda keçirilən ikitərəfli görüşdə dövlət başçısı Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının yenidən qurulması və abadlaşdırılmasına hər cür dəstəyin, xüsusilə də dost dövlətlərin dəstəyinin mühüm və simvolik olduğunu diqqətə çatdırıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Qarakənd faciəsindən 35 il ötür
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb













