BMT Trampın Qəzza əhalisinin məcburi köçürülmə planı ilə razılaşmır
BMT ABŞ Prezidenti Donald Trampın Qəzza əhalisinin məcburi köçürülmə planı ilə razılaşmır.
“Far.Az”un ABŞ bürosu xəbər verir ki, BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq Trampın bugünkü açıqlamasına münasibət bildirərək Baş katibin narahatlığını dilə gətirib.
Onun sözlərinə görə, Trampın Qəzzanı nəzarətə götürmək planı BMT Baş katibi Antonio Quterreş tərəfindən birmənalı qarşılanmayıb.
“Baş katib Qəzza əhalisinin məcburi köçürülməsi ilə bağlı hər hansı təşəbbüslə razılaşmır. O, ötən həftə çıxışında etnik təmizləmədən ciddi narahatlığını ifadə edib”, – Haq bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qəzzanın nəzarətə götürülməsi ilə bağlı planında fələstinlilərin bölgəyə geri qayıtmaq hüququnun olmayacağını bəyan edib. Amerika lideri 15 aydır davam edən müharibənin Qəzzanı xarabalığa çevirdiyini vurğulayaraq, münaqişə sona çatdıqdan sonra fələstinlilərin geri dönməsinə icazə verilməsini ciddi səhv kimi qiymətləndirib.
BMT-nin məlumatına görə, hazırda Qəzzada 2,1 milyon insan yaşayır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
BMT-nin Baş katibi: COP29-un uğurlu keçməsi üçün Azərbaycan hökumətini dəstəkləyirəm - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib













