Şolts: ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək
Far.Az xəbər saytı

Şolts: ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək


ABŞ administrasiyası Ukraynanı dəstəkləməyə davam edəcək.

“Far.Az” xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bildirib.

"ABŞ müdafiə nazirindən və bir çox başqalarından eşitdiyimiz odur ki, onlar Ukraynanı dəstəkləməyə davam edəcəklər. Bu, Rusiya üçün zəruri mesajdır ki, o, dəstəyin azalacağına ümid edə bilməz. Bizim dəstəyimizi alan güclü Ukrayna Rusiya üçün güclü mesajdır", - O.Şolts bildirib.

O vurğulayıb ki, NATO yeni üzvlər qəbul etməklə öz mövqelərini yalnız möhkəmləndirir.

Almaniya Kanslerinin sözlərinə görə, ABŞ və Avropa İttifaqı arasında təhlükəsizlik sahəsində parçalanma yoxdur: “Biz həmişə bu prosesə cəlb olunmuşuq. Avropa ölkələrinə qarşı hər hansı təcavüz olarsa, ABŞ mütləq təhlükəsizlik məsələsində dəstək göstərməyə cəlb olunacaq”.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Olaf Şolts: Almaniya Ukraynaya 650 milyon avro məbləğində hərbi yardım göstərəcək - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər