Türkiyə Dəməşq hava limanını bərpa edir
Far.Az xəbər saytı

Türkiyə Dəməşq hava limanını bərpa edir


Türkiyə Dəməşq hava limanını bərpa edir.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

O, bildirib ki, bunun üçün Suriyaya gedən 25 nəfərlik komanda artıq işlərə başlayıb.

Nazirin sözlərinə görə, Türkiyədən Suriyaya müxtəlif texnoloji vasitələr, o cümlədən 10 X-ray cihazı, səkkiz əl detektoru da aparılıb. Bu, aeroportun təhlükəsizliyinin daha güclü təmin olunması üçündür.

A.Uraloğlu qeyd edib ki, Türkiyə Suriyanın hava nəqliyyatını gücləndirmək üçün işləri davam etdirəcək.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər