ABŞ dövlət katibi Səudiyyə Ərəbistanında səfərdədir
Far.Az xəbər saytı

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanında səfərdədir


ABŞ dövlət katibi Marko Rubio Rusiya və Ukrayna arasında təxminən üç ildir davam edən müharibənin dayandırılması məqsədilə Rusiya rəsmiləri ilə gözlənilən danışıqlardan əvvəl Səudiyyə Ərəbistanına gəlib.

“Far.Az” “Reuters” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparan M.Rubio Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə birlikdə Səudiyyə Ərəbistanında Rusiya rəsmiləri ilə görüşəcək. Onların Rusiyanın hansı rəsmiləri ilə görüşəcəkləri hələ məlum deyil.

Fevralın 18-də aparılacaq danışıqlar son illər ərzində Rusiya və ABŞ rəsmiləri arasında ilk yüksək səviyyəli şəxsi müzakirələrdən biri olmaqla ABŞ və Rusiya prezidentlərinin görüşündən əvvəl baş tutacaq.

M.Rubio bildirib ki, yaxın həftələr və günlərdə Rusiya tərəfinin sülhə nə qədər ciddi yanaşdığı bəlli olacaq.

Ukrayna mediasının məlumatına görə, ölkə Prezidenti Volodimir Zelenski də regiondadır. O, yanvarın 16-da BƏƏ-yə gəlib və Səudiyyə Ərəbistanı və Türkiyəyə də səfər etmək niyyətində olduğunu bildirib, lakin tarixlər hələ müəyyənləşdirilməyib. O, Rusiya və ya ABŞ rəsmiləri ilə görüşməyi planlaşdırmadığını bildirib. Ukraynanın Səudiyyə Ərəbistanında aparılan danışıqlara dəvət olunmadığı ehtimal edilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Trampın Putin və Zelenski ilə söhbəti - regional və qlobal sülhə artan ümidlər - ŞƏRH
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər