Əlcəzairli siyasətçi: Fransa hələ də kolonial siyasətindən əl çəkmir
Fransa hələ də kolonial siyasətindən əl çəkmir.
Bunu "Report"un Fransa bürosuna əlcəzairəsili fransalı siyasətçi Bolem Snavi bildirib.
Onun sözlərinə görə, başları kəsilmiş əlcəzairli əsgərlərin kəllələri Əlcəzairə qaytarılmalıdır:
"Əlcəzairli mütəxəssislərin araşdırmalarına görə, onların sayı təxminən 86-dək olub. Onların bir hissəsi hələ də Fransada muzeydə saxlanılır. Biz tarixi ədalətin bərpasını və onların dərhal Əlcəzairə qaytarılmasını tələb edirik. Bu, Fransa kolonializminin ən qəddar və biabırçı səhifələrindən biridir".
Əlcəzairli siyasətçi Fransa hökumətinin bu gün də kolonial siyasətini davam etdirdiyini söyləyib:
"Fransa hökuməti bu kəllələrin sahibi kimi çıxış etməyə davam edir. Halbuki bu siyasət yalnız kolonial keçmişin qaranlıq kölgələrini uzadır. Fransa bu irsi hələ də qoruyur və onun idarəçiliyi altında yaşamaq getdikcə daha dözülməz olur".
B.Snavi vurğulayıb ki, Fransa prezidenti Emmanuel Makron ölkəsinin vaxtilə Əlcəzairdə törətdiyi cinayətləri etiraf etməlidir:
"Əlcəzairlilər mağaralarda zəhərli qazlarla öldürülüb, nüvə sınaqları nəticəsində minlərlə insan həlak olub, soydaşlarımız zorla deportasiyaya məruz qalıblar. Artıq Fransa üçün tək bir yol qalır: həlak olmuş əsgərlərin kəllələrini geri qaytarmaq və Əlcəzairdə törətdiyi cinayətləri etiraf etmək. Çünki gec-tez tarixi ədalət bərpa olunacaq".
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb
Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - VİDEO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib













