Tehran Universitetinin tələbəsinin qətlində şübhəli bilinənlər həbs edilib
Far.Az xəbər saytı

Tehran Universitetinin tələbəsinin qətlində şübhəli bilinənlər həbs edilib


Tehran Universitetinin tələbəsi Əmir Məhəmməd Xaleqinin qətlində və qarətində şübhəli bilinən iki nəfər həbs edilib.

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu Tehran Polis İdarəsi cinayət işi üzrə istintaq qrupunun rəhbəri Məhəmməd Şəhriyari bildirib.

Onun sözlərinə görə, şübhəlilər məhkəmə-texniki ekspertizadan sonra həbs ediliblər: “İlkin istintaq zamanı onlar Əmir Məhəmməd Xaleqini qarət edib öldürdüklərini etiraf ediblər”.

Tələbənin qatilinin tapılması tələbi ilə Tehran Universiteti tələbələri bir neçə gün etiraz aksiyası keçirib.

Ə.M.Xaleqinin atası deyib: “Biz siyasətlə məşğul deyilik. Ancaq qatillərin cəzalandırılmasını tələb edirik”.

Bir neçə gün öncə Tehran Universitetinin 19 yaşlı tələbəsi Əmir Məhəmməd Xaleqi gecə saatlarında qətlə yetirilmişdi.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər