"Baku Steel Company" 50 ən iri vergi ödəyicisindən biri olaraq ixracın inkişafına görə mükafatla təltif edilib
Far.Az xəbər saytı

"Baku Steel Company" 50 ən iri vergi ödəyicisindən biri olaraq ixracın inkişafına görə mükafatla təltif edilib


Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC-ni (bundan sonra BSC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Özəl sektor üzrə fəal ixracatçı” nominasiyası üzrə mükafata layiq görüb. Mükafatı iqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov BSC-nin Baş direktoru Kamal İbrahimova təqdim ediblər.

K.İbrahimov öz növbəsində şirkətin fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Dövlət Vergi Xidmətinin timsalında İqtisadiyyat Nazirliyinə təşəkkürünü bildirib.

BSC-nin 23 ildən artıq uzunmüddətli və dayanıqlı ixracat fəaliyyəti, beynəlxalq standartlara cavab verən keyfiyyətli məhsul istehsalı və xarici bazarlara intensiv çıxışı mükafatın əldə edilməsində həlledici rol oynayıb. Şirkət rəhbərliyi, bu uğurun yalnız BSC-nin deyil, həm də dövlətin iqtisadiyyatın inkişafına göstərdiyi dəstəyin və ixracatın artırılması istiqamətindəki strateji addımların mühüm bir göstəricisi olduğunu qeyd edib. O, bildirib ki, sözügedən mükafat şirkətin gələcək inkişafına stimul olacaq və Azərbaycanın ixrac potensialını metallurgiya sənayesi sahəsində daha da genişləndirməyə sövq edəcək.

Bu nailiyyət, BSC-nin strateji istiqamətlərindən biri kimi, Azərbaycanın metallurgiya sənayesinin ölkənin qeyri-neft sektorunun flaqman sahələrindən birinə çevrilməsidir.

BSC 2024-cü ildə Azərbaycanın ən iri 50 vergi ödəyicisi sırasına daxil olub. Şirkət ötən il dövlət büdcəsinə 26,7 milyon manat vergi ödəyib. BSC, Azərbaycanın ən böyük istehsalçılarından biri kimi yüksək keyfiyyətli armaturlar, katankalar (polad məftil), kvadrat və dairəvi pəstahlar, tikişsiz borular istehsal edir. Burada, həmçinin şvellerlər, künclüklər, ikitavrlar, kvadrat və dairəvi çubuqlar da hazırlamaq mümkündür. Nəinki Azərbaycanın, bütün regionun tanınmış brendinə çevrilən BSC-nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı, indiyə qədər Avropa, Afrika, Amerika və Asiyanın, ümumilikdə, 20-dən çox ölkəsinə ixrac olunub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Baku Steel Company" “2024-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyasının qalibi olub
Mehriban Əliyevanın doğum günüdür
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər