Jurnalist saxta xəbər yaydığına görə 700 min cərimələndi
Rusiyanın Xabarovsk məhkəməsi 56 yaşlı yerli sakini Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat dərc etdiyinə görə 700 min rubl (təqribən 13561 manat) cərimələyib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Müstəntiqlərin fikrincə, Rusiya ordusu haqqında yalan məlumatların yer aldığı nəşrlər 2022-ci ilin aprel və 2023-cü ilin may aylarında bir adam tərəfindən qeyri-məhdud sayda insan üçün idarə olunan xəbər kanalında yerləşdirilib.
Məhkəmə lşahidlərin dindirilməsi, istintaq və digər tədbirlər əsasında qərar çıxarıb.
Vilayət İstintaq Komitəsinin mesajında cərimə tətbiq edilən şəxsin kimliyi açıqlanmayıb. Lakin aydınlaşdırılıb ki, söhbət Forbes jurnalının jurnalisti Sergey Mingazovdan gedir.
Mingəzov ötən ilin aprelində Rusiya Silahlı Qüvvələri haqqında nifrət və ya düşmənçilik zəminində saxta məlumatlar yaydığına görə saxlanılıb.
Oxşar xəbərlər
"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Forbes” Rusiyanın zərərlə işləyən şirkətlərinin reytinqini açıqlayıb
Rusiyanın 2025-ci il büdcə kəsiri 10 milyard dolları keçəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













