"Baku Steel Company" QSC-də talassemiyalı və hemofiliyalı xəstələrə qanvermə aksiyası keçirilib
Qafqazın ən böyük metallurgiya şirkəti "Baku Steel Company" QSC (bundan sonra BSC) Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinin bir istiqaməti kimi, ənənəvi olaraq, hər il əməkdaşları arasında talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən şəxslərə qanvermə aksiyası təşkil edir.
Bu il də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində "Respublika Qan Bankı" Publik Hüquqi Şəxsin dəstəyi ilə şirkətimizin əməkdaşları könüllü olaraq donor oldular, talassemiyalı və hemofiliyalı xəstələrə dəstək nümayiş etdirdilər. BSC-nin Həmkarlar İttifaqının sədri Asif Abbasov: "Biz, gələcəyimizin sağlam olması üçün əlimizdən gələn köməkliyi əsirgəməməyə, qan verərək həyat qurtarmağa səy göstəririk. Sosial məsuliyyətini dərindən dərk edən şirkət kimi, "Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində, hər zaman donor olmağa, bu təqdirəlayiq təşəbbüsə öz töhfəmizi verməyə hazırıq".
Valideynlərdən uşağa gen vasitəsilə keçən və ağır irsi qan xəstəliyi olan talassemiya - genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunur. Hemofiliya isə qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir.
2005-ci il fevral ayının 8-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə "Talassemiyasız həyat naminə" layihəsinin başlanmasını elan edib. Ölkəmizin əsas sənaye müəssisələrindən olan BSC bu təşəbbüsə böyük həvəslə qoşulan şirkətlərdəndir.
Qanvermə aksiyasından şəkillər:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Baku Steel Company" “2024-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyasının qalibi olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Baku Steel Company" 50 ən iri vergi ödəyicisindən biri olaraq ixracın inkişafına görə mükafatla təltif edilib
Mingəçevir-Xankəndi-Laçın və Gəncə-Xankəndi-Şuşa marşrut xətləri istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
-
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 15 %-ə yaxın artıb
-
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq













