Manaf Ağayev: "Çimnaz Sultanova imkanlı aktrisa idi"
Far.Az xəbər saytı

Manaf Ağayev: "Çimnaz Sultanova imkanlı aktrisa idi"


Bir neçə gün əvvəl sosial şəbəkələrdə mərhum aktrisa Çimnaz Sultanovanın məzarının görüntüləri yayılıb. 

Far.Az xəbər verir ki, sosial şəbəkələrdə aktrisanın ailəsinin imkanı olmadığı üçün ona baş daşı hazırlatdırmadığı iddia edilib. 

Bununla bağlı müğənni Manaf Ağayev açıqlama verib.

"Rəngarəng" verilişinə qonaq olan ifaçı qeyd edib ki, Çimnaz Sultanova imkanlı aktrisa olub. Onun qəbri daşının hazır olmaması pul ilə bağlı deyil. 

"Çimnazın böyük imkanları var idi. Bu, pulla əlaqəli deyil. Sadəcə bakılılarda adət var ki, ölüm ildönümünə qədər qəbirüstü abidə qoyulmur" - deyə Ağayev qeyd edib. 

Xatırladaq ki, Çimnaz Sultanova bu il yanvarın 15-də vəfat edib. O onkoloji xəstəlikdən dünyasını dəyişib. 

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Aktrisa Çimnaz Sultanova vəfat edib
Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər