Aşağı karbohidratlı pəhriz xərçəngə səbəb ola bilər
Son elmi araşdırmalar göstərib ki, aşağı karbohidratlı pəhriz kolorektal xərçəngin inkişaf riskini artıra bilər.
Far.Az ferra.ru-ya istinadən xəbər verir ki, tədqiqat çərçivəsində alimlər üç fərqli pəhrizin (adi, aşağı karbohidratlı və Qərb tipli – yüksək yağ və şəkər tərkibli) bağırsaq bakteriyaları ilə birgə xərçəngin inkişafına təsirini araşdırıblar. Təcrübə siçanlar üzərində aparılıb.
Mütəxəssislər müəyyən ediblər ki, E. coli bakteriyasının unikal ştammı ilə birlikdə az karbohidrat və həll olunan lif tərkibli pəhriz bağırsaqda poliplərin böyüməsini sürətləndirir. Bu poliplər sonradan onkoloji xəstəliklərə səbəb ola bilər. Araşdırma zamanı yalnız bu kombinasiyanın xərçəngə yol açdığı müşahidə olunub.
Bundan əlavə, lif çatışmazlığı bağırsaqda iltihabı artırır və oradakı bakteriya mühitini dəyişir. Alimlər siçanlarda bağırsaq mikrobları ilə epitel hüceyrələri arasında qoruyucu mucus qatının daha nazik olduğunu da aşkar ediblər. Bu baryerin zəifləməsi kolibaktin adlı zərərli maddənin bağırsaq hüceyrələrinə daha çox nüfuz etməsinə səbəb olur. Nəticədə genetik zədələnmələr yaranır və şişlərin böyüməsi sürətlənir. Bu proses xüsusilə müəyyən genetik mutasiyaları olan siçanlarda daha aydın müşahidə edilib.
Alimlər aşağı karbohidratlı pəhrizin potensial risklərini nəzərə almağı və balanslı qidalanmağa üstünlük verməyi tövsiyə edirlər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi
Soğan orqanizmə nə verir? - Bu tərəvəzi yemək üçün 8 səbəb
DİQQƏT! Xərçəng xəstəliyinə tutulmamaq üçün bunları edin - FOTO - ARAŞDIRMA
Bağırsaq xərçəngi riskini azaldan qida məhsulu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













