KİV: Türkiyə Ukraynaya sülhməramlıların göndərilməsi məsələsini müzakirə etməyə hazırdır
Far.Az xəbər saytı

KİV: Türkiyə Ukraynaya sülhməramlıların göndərilməsi məsələsini müzakirə etməyə hazırdır


Türkiyə Ukraynaya mümkün sülhməramlı missiyada iştirakının regionda sabitliyin möhkəmlənməsinə töhfə verəcəyi təqdirdə müzakirəyə hazır olduğunu bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə cümə axşamı, martın 6-da Türkiyənin "Milliyet" qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Türkiyə Müdafiə Nazirliyi və digər qurumların Ukraynadakı münaqişənin həllinə yönəlmiş diplomatik səyləri diqqətlə izlədiyi bildirilir.

"Milliyet" xəbər verir ki, "Ankaranın hələ konseptuallaşdırılmamış və müxtəlif media orqanlarında müzakirə edilən missiyaya mümkün töhfəsi, regional sabitliyin və sülhün təmin edilməsi üçün zəruri hesab edilərsə, bütün tərəflərlə qarşılıqlı müzakirə ediləcək".

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makrona münaqişənin hər iki tərəfinin iştirak edəcəyi Ukrayna üzrə danışıqlara başlamaq zərurətindən danışıb. Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında münaqişəni sona çatdırmaq üçün səylərini davam etdirir və güclü və ədalətli sülhə nail olmaq üçün çalışır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Pistorius alman hərbçilərinin Ukraynada sülhməramlı missiyada iştirakının mümkünlüyünə toxunub
İranda cümə axşamı rəsmi istirahət günü olacaq
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər