Kiyev: Zelenski Ağ Evdəki davranışına görə üzr istəməyəcək
Ukrayna prezidentinin müşaviri Mixail Podolyak Le Point nəşrinə müsahibəsində Vladimir Zelenskinin Vaşinqtona səfəri zamanı Ağ Evdəki davranışına görə üzr istəməyəcəyini bəyan edib.
BAKU.WS xəbər verir ki, Podolyakın sözlərinə görə, Zelenski ABŞ tərəfdaşlarına Rusiyaya təzyiq olmadan heç bir irəliləyişin mümkün olmayacağını çatdırmaq istəyib və bunda tamamilə haqlıdır. O, Ukraynanın olmadığı bir səhvə görə üzr istəməyəcəyini vurğulayıb.
Xatırladaq ki, 28 fevralda ABŞ prezidenti Donald Tramp və Zelenski arasında Ağ Evdə baş tutan görüş gərgin keçib. Tramp, Ukrayna prezidentini ABŞ-a qarşı hörmətsizlikdə və minnətdarlıq göstərməməkdə ittiham edib. Həmçinin, Kiyevin atəşkəsə razı olmamaqla zəif mövqedə olduğunu bildirib. Müzakirə mübahisə ilə yekunlaşıb və Zelenskinin mətbuat konfransı ləğv olunaraq o, Ağ Evi tərk etməli olub.
Bu insidentdən sonra, 4 martda Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını rəsmən təsdiqləyib. ABŞ rəsmiləri Kiyevin Rusiya ilə sülh danışıqlarına açıq olmadığını əsas gətirərək Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini də dayandırıblar. Vaşinqtonun tələbi ilə Böyük Britaniya da bu cür məlumat mübadiləsini kəsib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













