Politico: Avropa Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsində ABŞ-ni əvəzləyə bilməyəcək
Avropa ölkələri Ukraynaya kəşfiyyat məlumatlarının təqdim edilməsi məsələsində ABŞ-nin yerini doldura bilməyəcək.
"Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq qərarından sonra Avropadakı müttəfiqlər bu boşluğu doldurmağa çalışır. Lakin bunu etmək elə də asan deyil.
"Avropa ölkələrinin həqiqətən bu boşluğu doldura biləcəyinə əmin deyiləm", – qəzet Avropanın anonim rəsmisindən sitat gətirib.
Nəşr qeyd edib ki, NATO daxilində kəşfiyyat imkanları baxımından Böyük Britaniya, Fransa və Almaniya əsas oyunçular hesab olunsa da, onların Amerika kəşfiyyat strukturlarının miqyas və imkanlarına uyğun gəlməsi çətin görünür.
Xatırladaq ki, daha öncə Britaniyanın "Daily Mail" qəzeti ABŞ Prezidenti Trampın qərarı ilə Vaşinqtonun artıq Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmadığını bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













