Hindistan-ABŞ reysi təyyarəsində bomba təhdidi
Hindistanın hava yolu şirkəti Air India-ya aid sərnişin təyyarəsinin tualetində ABŞ reysi zamanı "bomba təhdidi" ilə bağlı qeydin alınması səbəbilə Mumbaya geri döndüyü bildirilib.
Far.Az Hindustan Times qəzetinin xəbərinə istinadən xəbər verir ki, Air India şirkətindən verilən açıqlamada, "AI119" reysi ilə uçan təyyarənin Mumbaydan ABŞ-nin Nyu-York şəhərinə getmək üçün havalandığı qeyd edilib.
Reys zamanı təyyarənin tualetində "bomba təhdidi" ilə bağlı qeydin tapıldığı bildirilən açıqlamada, bunun ardınca təhlükəsizlik protokollarına uyğun olaraq Mumbaya geri dönmə qərarının alındığı ifadə olunub.
Açıqlamada təyyarənin ətraflı şəkildə yoxlandığı, vəziyyətin nəzarət altında olduğu və uçuşun sabaha təxirə salındığı məlumatı verilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













