Şimali Koreya Yaponiyadan 1945-ci ildə öldürülən koreyalılar üçün üzr tələb edib
Far.Az xəbər saytı

Şimali Koreya Yaponiyadan 1945-ci ildə öldürülən koreyalılar üçün üzr tələb edib


Şimali Koreya 10 mart 1945-ci ildə ABŞ-nin Yaponiyanın paytaxtı Tokioya etdiyi hava hücumunda həyatını itirən koreyalılar üçün üzr istənilməsi, təzminat ödənməsi və araşdırma aparılması çağırışını edib.

Far.Az xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Yaponiyanın Koreya Yarımadasında müstəmləkə idarəsi dövründə zorla işlədilən koreyalı işçilər və onların ailələrinin yaratdığı Şimali Koreya Cəmiyyətindən 1945-ci il "Tokio Bombardımanı"na dair açıqlama verilib.

Açıqlamada, 10 mart 1945-ci ildə ABŞ-nin Tokioyu napalm bombaları ilə dolu 275 B-29 təyyarəsilə bombaladığı zaman Yaponiyanın hökumətinin, "insanlıqdan kənar pis rəftara və təhqirə məruz qalan, təhlükəli və çətin işlərdə işlədilən koreyalıları" qruplar halında saxladığı və bu səbəbdən çoxlarının hücumlar zamanı həyatını itirdiyi bildirilib.

 10% koreyalı olan təxminən 100 min insanın ölümünə səbəb olan hava hücumunda həyatını itirən koreyalıların kimlikləri araşdırılmadan müxtəlif yerlərə dəfn edildiyi iddia edilib. Açıqlamada, cəsədlərin daha sonra çıxarılaraq dəhşətli və etik olmayan cinayətlərdə istifadə edildiyi vurğulanıb.

Açıqlamada, Yaponiyaya bu hücumda həyatını itirən koreyalıların yaxınlarından üzr istəməsi və təzminat ödəməsi çağırışı edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər